Ağdam–Ağcabədi yolu yenidən qurulur

post-img

Bu şose 20-dən artıq yaşayış məntəqəsini birləşdirir

Respublika əhəmiyyətli Ağdam-Hindarx-Ağcabədi avtomobil yolu yenidən qurulur. Artıq yolun 0-21-ci kilometr hissəsində torpaq işləri yekunlaşıb.

Yenidənqurma işləri çərçivəsində xüsusi texnikalardan istifadə olunmaqla yararsız qrunt qazılaraq çıxarılıb, hissə üzrə suötürücü boruların quraşdırılması həyata keçirilib. Hazırda bu hissədə hamarlayıcı layın tikintisi işləri görülür. Yol boyunca layihəyə uyğun suların ötürülməsini təmin et­mək məqsədilə müxtəlif diametrli dairəvi borunun, düzbu­caqlı su keçidlərinin və alt keçidlərin, həmçinin 3 avtomobil körpüsünün inşası aparılacaq.

Xatırladaq ki, 45 kilometr uzunluğa malik Ağdam-Hin­darx-Ağcabədi avtomobil yolu Ağdam və Ağcabədi rayon­larını birləşdirməklə həmin rayonların 20-dən artıq yaşayış məntəqəsini əhatə edir. İkinci texniki dərəcəyə uyğun ye­nidən qurulan yolun torpaq yatağının eni 15, hərəkət his­səsinin eni isə 2 zolaqdan ibarət olmaqla 7,5 metr təşkil edəcək.

“Xalq qəzeti”

İqtisadiyyat