“Avro-5” dizel yanacağının istehsalına başlanılıb

post-img

Cari ilin ikinci rübündən eti­barən ölkəmizdə “Avro-5” standar­tına uyğun dizel yanacağının isteh­salına başlanılıb. Yeni növ yanacağın istehsalına Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) həyata ke­çirilən yenidənqurma və modernləş­dirmə layihəsi çərçivəsində görülən işlərdən sonra nail olunub.

Bu barədə ilkin məlumat SO­CAR-ın Bakı Enerji Həftəsi çərçivəsin­də keçirilən Xəzər neft-qaz sərgisində­ki stendində əksini tapıb.

Məlumata görə, 1953-cü ildə fəa­liyyətə başlayan zavodda indiyədək 364 milyon ton neft emal edilib. Hazır­da müəssisədə 30 adda məhsul istehsal edilir. Ümumi istehsalın isə 10 faizi ixraca yönəldilir.

Qeyd edək ki, Heydər Əliyev adı­na Bakı Neft Emalı Zavodu ölkəmizin neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri davam etdiri­lir.

İqtisadiyyat