Xəzərdən Avropaya “Yaşıl dəhliz”

post-img

Energetika naziri Pərviz Şahbazov Avropa Komissiyasının enerji siyasəti strategiyası və koordinasiya üzrə direktoru Kristina Lobillo Borrero ilə görüşüb.

Naziri Pərviz Şahbazov özünün “Twitter” səhifəsində bu barədə yazıb: “Avropa Komissiyasının enerji siyasəti strategiyası və koordinasiya üzrə di­rektoru Kristina Lobillo Borrero ilə Cə­nub Qaz Dəhlizinin genişləndirilməsi, Xəzər–Avropa Yaşıl Enerji Dəhlizinin ya­radılması və Enerji Dialoqu çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə etdik. Növbəti addımları müəyyənləşdirdik”, –deyə məlumatda qeyd edilib.

“Xalq qəzeti”

İqtisadiyyat