Qaz ixracı artıb

post-img

Bu ilin yanvar-aprel aylarında qaz ixracı 10,5 faiz artıb. Bunu energetika naziri Pərviz Şahbazov “Twitter” səhifəsində bildirib. Nazir qeyd edib ki, yanvar-aprel aylarında operativ məlumatlara əsasən, Azərbaycanda neft-kondensat hasilatı 10,2 milyon ton təşkil edib ki, onun da 8,5 milyon tonu ixrac olunub. 

Bununla yanaşı, ilin ilk dörd ayında ölkədə 16,2 milyard kubmetr qaz hasil edilib. Bu isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,6 faiz çoxdur. Hesabat dövründə Azərbaycandan 8,4 milyard kubmetr qaz ixrac olunub.

Energetika nazirinin sözlərinə görə, yanvar-aprel aylarında qaz ixracı 10,5 faiz artıb. “Avropaya 3,9 milyard kubmetr, Türkiyəyə 3,4 milyard kubmetr, Gürcüs­tana isə 1,1 milyard kubmetr qaz ixrac olunub. Bu dövrdə TANAP Türkiyəni 1,9 milyard kubmetr qazla təchiz edib”,–deyə P. Şahbazov əlavə edib. 

“Xalq qəzeti”

İqtisadiyyat