“Azərbaycan” İES ulu öndərin milli energetikamıza tarixi töhfəsidir

post-img

Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı olaraq “Azərenerji” ümummilli liderin şah əsərlərindən sayılan və 40 ildən artıq vaxt keçməsinə baxmayaraq hələ də Qafqazın ən böyük istilik elektrik stansiyası titulunu qoruyub saxlayan Mingəçevirdəki “Azərbaycan” İES-də geniş tədbir keçirib. Əvvəlcə “Azərenerji”, “Azərişıq” və Mingəçevir rayon rəhbərliyi ulu öndərin “Azərbaycan” İES-in həyətində ucaldılan abidəsinin önünə gül dəstələri qoyublar.

Sonra ümummilli liderin Azərbaycan elektroenergetika sahəsində həyata ke­çirdiyi misilsiz fəaliyyətinə həsr olunan sərgiyə baxış olub. 

“Azərenerji”dən redaksiyamıza bil­dirilib ki, ulu öndərin təşəbbüsü ilə ti­kilən 2400 meqavatlıq “Azərbaycan” İES Prezident İlham Əliyevin sərənca­mı ilə tam yenidən qurulub və tədbirin əsas hissəsi də yenidənqurmadan son­ra yeni tikilən İdarəetmə Mərkəzinin akt zalında keçirilib. Əvvəlcə ümummilli li­derin elektroenergetika sahəsində gör­düyü işlərə dair “Azərenerji” tərəfindən hazırlanmış film nümayiş olunub.

“Heydər Əliyevin milli energetika siyasəti və müasir transformasiyalar” mövzusunda konfransda “Azərenerji” nümayəndələri, akademik və profes­sorlar, Mingəçevir şəhər rəhbərliyi, Milli Məclisin deputatları, müharibə vete­ranları da çıxışlar edib və ulu öndərin həyata keçirdiyi uğurlu fəaliyyətindən danışıblar.

Tədbirin sonunda 1981-ci il oktyab­rın 20-də “Azərbaycan” İES-in açılış mərasimində iştirak edən və elektroe­nergetika sahəsində səmərəli fəaliyyət göstərən “Azərenerji”nin bir qrup əmək­daşına xatirə plaketlər təqdim olunub. Eyni zamanda, qonaqlara ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilən və Prezident İlham Əliyevin sərəncamı ilə yenidən qurulan “Azərbaycan” İES haqqındakı “Bərpa olunan miras” kitabı təqdim edilib.

“Xalq qəzeti”

İqtisadiyyat