SOCAR qaz hasilatını 15 faiz artırıb

post-img

SOCAR-dan aldığımız məlumata görə, şirkət tərəfindən cari ilin birinci rübündə 20 min metrə yaxın qazma işləri həyata keçirilib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,6 faiz çoxdur.

Məlumata görə, hesabat dövründə şirkət tərəfindən 1,9 milyon tondan çox neft, 2,2 milyard kubmetrdən çox qaz hasil olunub. Neft hasilatı nisbətən sa­bit qalsa da, qaz hasilatında əvvəlki illə müqayisədə 15 faiz artım qeydə alınıb. Ölkə üzrə ümumilikdə 7,7 milyon ton­dan çox neft və 12,2 milyard kubmetrə yaxın qaz hasil edilib. Ümumilikdə ölkə üzrə qaz hasilatı 3 faiz artıb.

Hesabat dövründə SOCAR tərəfin­dən dünya bazarına 4,6 milyon tondan çox xam neft, Gürcüstan bazarına isə 581 milyon kubmetr təbii qaz ixrac olu­nub. SOCAR-ın dünya bazarına ixrac etdiyi neft həcmləri ötən ilin analoji dövrü ilə müqayisədə 13,2 faiz yüksə­lib. 

“Xalq qəzeti”

İqtisadiyyat