Nəqliyyatı Əlaqələndirmə Şurası yaradılıb – Sərəncam

post-img

Prezident İlham Əliyev aprelin 19-da Nəqliyyatı Əlaqələndirmə Şurasının yaradılması haqqında Sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, Şura nəqliyyatın ayrı-ayrı növlərinin koordinasiyalı fəaliyyətinin və əhalinin mobilliyinin təmin edilməsi, yol və nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi, yol hərəkətinin təşkili, təhlükəsizliyi və tənzimlənməsi sahələrində fəaliyyətin əlaqələndirilməsi və təkmilləşdirilməsi məqsədilə yaradılıb.

Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Nəqliyyatı Əlaqələndirmə Şurasına sədri, bir sıra dövlət qurumlarının rəhbər və müavinləri isə üzv təyin olunublar.

İqtisadiyyat