Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Səudiyyə Ərəbistanı Futbol Federasiyası ABŞ-dəki azarkeşlərinə qarşıdan gələn Dünya Kubokunun bütün oyunları üçün pulsuz bilet payladığını açıqlayıb.
XQ xəbər verir ki, bu barədə "The Sun" qəzeti məlumat yayıb.
Bildirilib ki, Səudiyyə Ərəbistanı millisinin ilk oyunu 16 iyunda Mayamidə Uruqvaya qarşı keçiriləcək. Qrup mərhələsinin bu matçının biletləri təxminən 3000 dollara satılır, lakin artıq çox sayda satılmamış bilet qalmaqdadır.
Qərara əsasən, FIFA pulsuz bilet paylama sxemini təsdiqləyib. Məlumata görə, bu sxem stadionların doluluq nisbətinin artmasına və matçların yarımboş stadionlarda keçirilməsinin qarşısını almağa imkan verəcək.

