Turan Bayramov: “Hədəfim Avropa çempionu olmaq idi”

post-img

Albaniyada keçirilən sərbəst güləş üzrə Avropa çempionatında gümüş medal qazanan Turan Bayramov (74 kq) təəssüratlarını XQ-yə bölüşüb:

“Hədəfim Avropa çempionu olmaq idi. Artıq ikinci dəfədir ki, bu şansı əldən verirəm. Çox təəssüflənirəm. Final görüşündə taktiki səhv etdim. Bütün hesablarım 3:0-dan sonra puça düşdü. Bu medalı qızıla çevirmək üçün əlimdən gələni edəcəyəm. Rəqiblə güləş üslubumuz tamam fərqlidir. O, rəqibi tutub saxlamaqla fəndi edir. Mənə açıq güləşən rəqiblər daha rahat olur. Bu idmançı isə ancaq fiziki gücün hesabına, döşəkdən kənarlaşdıraraq üstünlük əldə edir. Bu, mənim güləş üslubuma əks olduğu üçün çətinlik çəkirəm. Yunan-Roma güləşində 77 kq, sərbəst güləşdə isə 74 kq ən çox rəqabətin olduğu çəkidir. Hər bir medal idmançı üçün dəyərlidir”.

Qabil YUSİFOĞLU
XQ

 

İdman