Azərbaycanın stolüstü tennisçisi Ginnesin Rekordlar Kitabına düşə bilər

post-img

Azərbaycanın stolüstü tennisçi Nihad Məmmədov adını “Ginnesin Rekordlar Kitabı”na yazdırmaq niyyətindədir.

Stolüstü Tennis Federasiyasından XQ-yə verilən məlumata görə, milli komandanın üzvü aprelin 12-də “Şüa İdman Kompleksi”ndə təşkil olunacaq mərasimdə topu uzaq məsafədən oyuna daxil etməkdə qeydə alınan dünya rekordunu yeniləməyə çalışacaq.

Qeyd edək ki, hazırda bu rekord türkiyəli Osman Gürcüyə məxsusdur (16.70). Nihad Məmmədov bu hərəkəti 17 metr məsafədən həyata keçirməyi planlaşdırır.

İdman