Azərbaycanlı velosipedçi Qazaxıstanda 3-cü yeri tutub

post-img

Azərbaycanın şose velosipedi üzrə U-23 yığma komandasının üzvü Süleyman Ələkbərov Qazaxıstanın Almatı şəhərində keçirilən “Road Race 2026” yarışında iştirak edib.

Bu barədə XQ-yə Azərbaycan Velosiped İdmanı Federasiyasından məlumat verilib.

Bildirilib ki, 130 idmançının mübarizə apardığı yarışda təmsilçimiz 25 kilometrlik fərdi ötüşmə növündə bürünc medal qazanıb.

İdman