Azərbaycan Taekvondo Federasiyasının dəstəyi ilə Deflimpiya və Paralimpiya milli komandalarının birgə təlim-məşq toplanışı başlayıb.
Martın 15-dək davam edəcək təlim-məşq toplanışında deflimpiyaçılar Aslımaral Umarova (43 kq), Nuranə Nadirova (46 kq), Turan Şeydayev (48 kq), Gülseyra Ağabalayeva (53 kq), Şəms Ağayeva (63 kq), Vüsal Salmanov (68 kq) və Tehran Umudxanov (68 kq) iştirak edirlər. Birgə təşkil edilən hazırlıq prosesi Abşeron Olimpiya İdman Kompleksində keçirilir.
Təlim-məşq toplanışının birgə təşkil edilməsində əsas məqsədi idmançılar arasında təcrübə mübadiləsini gücləndirmək və komanda ruhunu formalaşdırmaqdır.
Qabil YUSİFOĞLU
XQ

