UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib. Mərasim UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil qərargahında baş tutub. Püşkatmanın nəticələrinə əsasən, pley-off-da aşağıdakı cütlər üz-üzə gələcək:
– “Qarabağ” (Azərbaycan) – “Nyukasl” (İngiltərə), “Monako” (Fransa) – PSJ (Fransa), “Qalatasaray” (Türkiyə) – “Yuventus” (İtaliya), “Benfika” (Portuqaliya) – “Real” (İspaniya), “Budyo-Qlimt” (Norveç) – “İnter” (İtaliya), “Olimpiakos” (Yunanıstan) – “Bayer 04” (Almaniya), “Brügge” (Belçika) – “Atletiko” (İspaniya), “Borussiya” (Dortmund, Almaniya) – “Atalanta” (İtaliya).
Pley-off mərhələsinin oyunları fevralın 17-18-i və 24-25-də keçiriləcək.
Fevralın 27-də 1/8 final, 1/4 final və yarımfinal mərhələlərinin püşkü atılacaq. Martın 10-11 və 17-18-də 1/8 final, aprelin 7-8 və 14-15-də isə 1/4 final oyunları keçiriləcək.
Yarımfinal qarşılaşmaları aprelin 28-29-da və mayın 5-6-da baş tutacaq.
Final görüşü isə mayın 30-da Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.
Qabil YUSİFOĞLU
XQ

