31 yanvar – 1 fevral tarixlərində Belçikada cüdo üzrə Beynəlxalq Açıq Turnir keçiriləcək.
Azərbaycan komandası yarışda ümumilikdə 14 çəki dərəcəsində 31 cüdoçu (17 kişi, 14 qadın) ilə təmsil olunacaq.
İdmançılarımıza kişilərdən ibarət milli komandanın böyük məşqçisi Slavko Tekiç, gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və gənc qızlardan ibarət yığmanın məşqçisi İmamverdi Məmmədov rəhbərlik edəcək.
Qeyd edək ki, kişilərin mübarizəsi Vise, qadınların yarışı isə Herstal şəhərlərində baş tutacaq.
Komandaya aşağıdakı idmançılar daxil edilib: Kişilər - 60 kiloqramda Babarəhim Mirzəyev, Murad Muradlı, Murad Əliyev, Fərid Qarayev .
66 kiloqramda Hüseyn Allahyarov, Yaşar Nəcəfov, Tofiq Məmmədov.
73 kiloqramda Kamran Süleymanov, Əbil Yusubov.
81 kiloqramda Cəsur İbadlı, Mehdi Abbasov.
90 kiloqramda Əli Qazıməmmədov,
Zelim Tçkayev.
100 kiloqramda Davud Namazlı, Nihad Şıxəlizadə.
+100 kiloqramda Ramazan Əhmədov, Camal Feyziyev.
Qadınlar - 48 kiloqram çəkidə Şəfəq Həmidova,
Diana Tçkayeva.
52 kiloqramda Könül Əliyeva, Çinarə Sadıqova, Aydan Vəliyeva, Gültac Məmmədəliyeva, Leyla Əliyeva.
57 kiloqramda Ülviyyə Bayramova,.
63 kiloqramda Fidan Əlizadə, Nərgiz Hacıyeva.
70 kiloqramda
Aytac Qardaşxanlı,
Südabə Ağayeva.
78 kiloqramda Nərmin Əmirli.
+78 kiloqramda Madina Kaisinova.
İdmançılarımıza uğurlar arzulayırıq!

