Örtülü salonda kamandan oxatma üzrə ölkə birinciliyi və çempionatına yekun vurulub. Yarışın son günündə U15 (yeniyetmələr) kateqoriyası üzrə həlledici mərhələnin oyunları keçirilib. Yüksək rəqabət şəraitində baş tutan təsnifat qarşılaşmalarından dərhal sonra günün zirvə nöqtəsi hesab olunan böyük final görüşləri reallaşdırılıb.
Gərgin keçən mübarizənin yekununda U15 kateqoriyası üzrə fəxri kürsüdə yer alan idmançılar müəyyənləşib. Oğlanlar arasında Məhəmməd İsmayılov qızıl, Saleh Məmmədli gümüş, Əhməd İsmayılov isə bürünc medala sahib olub. Qızların yarışında isə Sona Rüstəmli bütün rəqiblərini üstələyərək qızıl medala layiq görülüb. Selcan Məmmədli gümüş, Məryəm İbrahimli isə bürünc medal qazanaraq yarışı ilk üçlükdə tamamlayıblar.
Qalib gələn idmançılara mükafatları Azərbaycan Kamandan Oxatma Federasiyasının baş katibi Fərid Xəlilov və Gənclər və İdman Nazirliyinin Strateji Təhlil Sektorunun müdiri Ülviyyə Hacıyeva təqdim ediblər.
Bununla da kamandan oxatma üzrə örtülü salonda ölkə birinciliyi və çempionatı rəsmi olaraq başa çatıb.
Qabil YUSİFOĞLU XQ




