Güləş üzrə Azərbaycan çempionatının tarixi müəyyənləşib

post-img

Güləş üzrə böyüklər arasında Azərbaycan çempionatının vaxtı müəyyənləşib.

Yanvarın 7-11-də Bakı İdman Sarayında yunan-Roma və sərbəst güləş üzrə ölkə çempionlarının adları bəlli olacaq.

İlk “3-lük”də yer alan güləşçilər milli komandaların tərkibinə daxil ediləcək. Görüşləri yerli hakimlərlə yanaşı, ölkə xaricindən dəvət edilmiş I-S kateqoriyalı təcrübəli referilər də idarə edəcəklər.

İlkin mərhələ qarşılaşmaları saat 10:00-da, həlledici görüşlər 18:00-da start götürəcək. Çempionatın açılış mərasimi isə yanvarın 7-də olacaq.

Qabil ƏLİYEV
XQ

İdman