Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı ilə 12-ci Prezident Kuboku uğrunda çövkən yarışlarının qrup mərhələsində növbəti oyunlar baş tutub.
Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, Binə Atçılıq Mərkəzində təşkil olunan ilk qarşılaşmada “Elit” “Embavud”a 4:0 hesabı ilə qalib gəlib.
Günün ikinci görüşündə isə “Sərhədçi” komandası “Zəfər”dən üstün olub – 4:1.
Qeyd edək ki, 12-ci Prezident Kubokunun növbəti oyunları bu gün keçiriləcək.
Ə.QABİL
XQ

