Azərbaycan Basketbol Liqasında 1-ci dövrə yekunlaşıb

post-img

Azərbaycan Basketbol Liqasında (ABL) ilk dövrə yekunlaşıb. 30 oktyabr – 2 noyabrda keçirilən 5-ci turun “A” və “B” qruplarında baş tutmuş oyunlarında aşağıdakı nəticələr qeydə alınıb.

A qrupu– “Gəncə” – “Şəki” (70:84),  NTD – “Neftçi” (71:99), “Abşeron Lions” – “Sabah” (92:107).

B qrupu– “Lənkəran” – “Ordu” (76:91), “Sumqayıt” – “Sərhədçi” (84:80), “Naxçıvan” – “Quba” (86:78) .

 İlk dövrədən sonra “Sabah” və “Ordu” klubları maksimum nəticə göstərərək, müvafiq olaraq “A” və “B” qrupuna başçılıq edirlər.

XQ





İdman