Azərbaycan Tennis və Padel Federasiyasının təşkilatçılığı ilə “Crocus Fitness Sea Breeze” Beynəlxalq Kuboku keçirilir

post-img

Azərbaycan Tennis və Padel Federasiyasının təşkilatçılığı ilə “Crocus Fitness Sea Breeze” Beynəlxalq Padel Kuboku start götürüb.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində federasiya rəsmiləri idmançılara uğurlar arzulayıb, padelin Azərbaycanda sürətli inkişafından danışıblar. İlk yarış avqustun 3-nə qədər, ikinci turnir isə 5-dən 7-dək davam edəcək. Beynəlxalq mübarizədə Azərbaycanla yanaşı İtaliya, Moldova, Türkiyə, Gürcüstan, Latviya, Sudan, Ukrayna, İsrail və Qazaxıstandan olan idmançılar iştirak edirlər. Ümumilikdə 36 padelçi medallar uğrunda yarışır.





İdman