ATF rəsmisi Koreyada

post-img

Azərbaycan Taekvondo Federasiyasının (ATF) Hakimlər Komitəsinin sədr müavini Aygül Abdullayeva Koreya Respublikasının Pxoxan şəhərinə səfər edib.

Səfər çərçivəsində Pxoxan Taekvondo Federasiyası, Pxoxan İdmanlar Assosiasiyasının nümayəndələri ilə bir sıra görüşlər keçirilib.

Görüşlərdə ATF-nin fəaliyyəti, beynəlxalq uğurları və inkişaf perspektivləri barədə məlumat verilib, tərəflər arasında birgə layihələr, təlim-məşq toplanışları və təcrübə mübadiləsi məsələləri müzakirə olunub.

XQ

 

İdman