Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasından (AKAF) mətbuata verilən məlumata görə, dövlət qurumları arasında avarçəkmə yarışı keçiriləcək.
Turnir Gənclər və İdman Nazirliyi ilə AKAF-ın birgə təşəbbüsü əsasında baş tutacaq.
Bakı şəhəri, Dənizkənarı Bulvar, Əhəd Yaqubov küçəsində baş tutacaq tədbir 10-11 iyunda gerçəkləşəcək. İştirakçılar bir və iki nəfərlik kayak qayıqlarında şəxsi və komanda birinciliyi şəklində olmaqla 200 metr məsafəyə mübarizə aparacaqlar.
XQ