"Futbolda mümkünsüz heç nə yoxdur, Azərbaycan millisi Fransa ilə oyunda sürpriz edə bilər".
Bu sözləri açıqlamasında vaxtilə ölkəmizdə "Neftçi"nin formasını geyinmiş fransalı futbolçu Romen Bask dünya çempionatının seçmə mərhələsində Azərbaycan və Fransa yığmaları arasında keçiriləcək oyunlar barədə danışarkən deyib.
Müdafiəçi Fransa millisinin hazırkı heyətini "qızıl nəsil" adlandırıb: "Komandada Kilian Mbappe kimi dünya ulduzu var. Təkcə bu adla bitmir. Digər futbolçuları da qeyd edə bilərəm. Kollektivdə gənc və istedadlı oyunçular da var. Yığmanın hücum xətti inanılmaz mübarizə aparır. Bu nüanslar göstərir ki, hər iki görüş Azərbaycan millisi üçün asan keçməyəcək. Lakin heç bir rəqibi hesabdan silmək olmaz. Azərbaycan millisinə Fernandu Santuş kimi təcrübəli mütəxəssis rəhbərlik edir. Həyətdə yaxşı oyunçular var".
Qeyd edək ki, Azərbaycan millisi Fransa ilk matçını oktyabrın 10-da səfərdə, noyabrın 16-da isə evdə keçirəcək.