Formula 1 hazırlığı başlandı

post-img

Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi 2025-ə hazırlıqlar çərçivəsində paddokun yenidən qurulmasına başlanıb.

Bakı Şəhər Halqasından (BŞH) verilən məlumata görə, paddok hər zamankı kimi Neftçilər prospekti, Hökumət evinin qarşısında quraşdırılır.

BŞH Əməliyyat Şirkəti piyadaların və sürücülərin ehtiyatlı olmalarını xahiş edib, şəhər sakinlərinə göstərdikləri anlayışa görə təşəkkürünü bildirib.

Xatırladaq ki, Formula 1 Azərbaycan Qran-Prisi sentyabrın 19–21-də keçiriləcək.

L.AZAD
XQ

 

İdman