Azərbaycan atleti Lamiyə Vəliyeva Qazaxıstanın Öskemen (Ust-Kamenoqorsk) şəhərində Olimpiya çempionu Olqa Rıpakova mükafatı uğrunda keçirilən beynəlxalq turnirdə uğurla çıxış edib.
Lamiyə Vəliyevanın heyətində yer aldığı komanda 4x200 metr məsafəyə qarışıq estafet qaçışında 1.31.80 nəticə ilə 1-ci yeri tutub. Bundan əlavə, milli üzvü 400 metr məsafəyə qaçışda 55.78 saniyə nəticə ilə Azərbaycan rekordunu yeniləyib.
L.AZAD
XQ