Güləşçilərimizin Varna uğuru

post-img

Bolqarıstanın Varna şəhərində keçirilən “Dan Kolov – Nikola Petrov” turnirini sərbəst güləşçilərimiz 3 medalla başa vurublar. 

Murad Haqverdiyev (65 kq) ilk mərhələdə bolqarıstanlı Nikola Stefanova, sonrakı mərhələdə ölkənin digər təmsilçisi Erdal Qalipə qalib gəlib. Yarımfinalda Haqverdiyev ukraynalı Erik Aruşanyandan da güclü olub. Finalda rəqibinə sonuncu xal prinsipinə əsasən məğlub olan Murad ənənəvi yarışda gümüş medalı boynundan asıb. Beləliklə, sərbəst güləşçilərimiz yarışda 2 gümüş və 1 bürünc medal qazanıblar. 

Qeyd edək ki, daha əvvəl Sadiq Mustafazadə (92 kq) gümüş, Ceyhun Allahverdiyev (61 kq) isə bürünc medala yiyələniblər.  

L.QURBANOVA 

XQ

İdman