Çövkən üzrə “Super Kubok”un final oyunu keçirilib.
Azərbaycan Respublikası Atçılıq Federasiyasından (ARAF) “XQ”yə verilən məlumata görə, Binə Atçılıq Mərkəzinin qapalı manejində keçirilən yarışda “Sərhədçi” komandası qalib adını qazanıb. Belə ki, “Super Kubok” uğrunda qarşılaşmada Peşəkar Çövkən Liqasının qalibi “Sərhədçi” komandası ilə çövkən üzrə “Prezident Kuboku”nun qalibi “Elit” komandası mübarizə aparıb. Gərgin və dinamik oyunun sonunda “Sərhədçi” 1-0 hesabı ilə qalib gəlib.
Qalib komandaya kuboku ARAF-ın prezidenti Elçin Quliyev və gənclər və idman naziri Fərid Qayıbov təqdim ediblər.
L.QURBANOVA
XQ