FIBA Çempionlar Liqasında Türkiyənin “Aliağa Petkim Spor” və İsrailin “Hapoel Holon” klubları arasında pley-inin ilk oyunu Bakıda təşkil olunacaq.
Azərbaycan Basketbol Federasiyasından bildiriblər ki, “Aliağa Petkim Spor”un rəqibi olan “Hapoel Holon” komandası İstanbula gəlmək istəməyib və bu halda görüşün neytral meydanda keçirilməsi nəzərdə tutulub. Matç yanvarın 7-də hər iki tərəfin razılığı əsasında Bakı İdman Sarayında reallaşacaq.
Qeyd edək ki, əgər pley-in görüşlərində hesab bərabər olarsa, yanvarın 22-də 3-cü oyun da məhz Bakıda baş tutacaq.
L.QURBANOVA
XQ