Azərbaycan boksçusu Tayfur Əliyev (60 kq) “HELL Boxing Kings”də mövsümün çempionu olub.
Bu barədə Azərbaycan Boks Federasiyasının mətbuat xidməti məlumat verib.
Avropa Oyunlarının mükafatçısı Macarıstanın Mişkolts şəhərində təşkil olunan final gecəsində yerli boksçu Kovaç Kruzito ilə qarşılaşıb. 6 raund davam edən döyüş həmyerlimizin qələbəsi ilə başa çatıb.
Tayfur Əliyev bu qələbə ilə mövsümün çempionu olaraq xüsusi kəmərə layiq görülüb.
XQ