Azərbaycan futzal millisinin Avropa çempionatının əsas mərhələsində İsveç yığması ilə keçirəcəyi oyun üçün heyəti açıqlanıb.
Azərbaycan Futzal Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, baş məşqçi Vitali Borisov 3-ü qapıçı olmaqla, 16 futzalçıya dəvət göndərib. Zədə səbəbindən “Araz-Naxçıvan” və millinin kapitanı Emir Kürdov bu gün start götürəcək toplanışda iştirak etməyəcək.
Qapıçılar: Rövşən Hüseynli (“Astana”, Qazaxıstan), Kamran Hacıyev (“Baku Fire”), Vladislav Reznov (“Neftçi” İK)
Oyunçular: Fərid Atakişiyev, Mirzə Əmirov, Seymur Məmmədov (hamısı “Neftçi” İK), Fərid Abbasov, Tofiq Mikayılov, Oktay Rüstəmli, Murad Quluzadə, Nihad İsmayılov, Kənan Manafov (hamısı “Baku Fire”), Xəzər Ağalızadə, Ülvi Əliyev, Nurlan Məmmədov (hamısı “Araz-Naxçıvan”), Rüstəm Bağırov (“Şuşa”).
Qeyd edək ki, dekabrın 17-də Bakı İdman Sarayında keçiriləcək Azərbaycan – İsveç görüşü saat 20:00-da başlayacaq.