Braziliyada 3 medal

post-img

Kapoeyra üzrə Azərbaycan millisinin üzvləri Braziliyanın Curitiba şəhərində keçirilmiş “Difazio Capoeira” turnirində uğurla çıxış edərək 3 medal qazanıblar.

Yeniyetmələrin mübarizəsində Dilqəm İsmayılov və Mehriban Hacıbabayeva fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Böyüklərin yarışında isə Fərid Səlimov qızıl, Asya Atayeva gümüş mükafata yiyələnib.

Qeyd edək ki, Azərbaycan yığması turnirə baş məşqçi Elgiz Əlizadənin rəhbərliyi altında 5 idmançı ilə qatılıb.

L.QURBANOVA
XQ

 

İdman