Azərbaycan güləşçisi Murad Əhmədiyev Çinin Sian şəhərində keçirilmiş beynəlxalq turnirdə kəmər qazanıb.
Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, “Kəmər və yol” adlanan yarışda ölkəmizi yunan-Roma güləşi üzrə millinin 3 üzvü təmsil edib. Onlardan U-23 Avropa çempionu Murad Əhmədiyev bütün rəqiblərinə qalib gələrək kəmərə sahib çıxıb.
Leyla QURBANOVA
XQ