Azərbaycan badmintonçusu Keişa Fatimə Zəhra Niderlandın Hertogenbos şəhərində keçirilən “YONEX Dutch Open” beynəlxalq turnirində 2-ci yeri tutub.
Azərbaycan Badminton Federasiyasından verilən məlumata görə, o, qadın badmintonçuların şəxsi yarışında Hindistan, Danimarka və Bolqarıstan təmsilçilərinə qalib gələrək finala çıxıb. Həlləedici mərhələdə badmintonçumuz malayziyalı Kisona Selvaduraya 0:2 (14-21,16-21) hesabı ilə uduzaraq gümüş medalla kifayətlənib.
Leyla QURBANOVA
XQ