“Qarabağ” “Ayaks”a məğlub oldu

post-img

Dünən UEFA Avropa Liqasının əsas mərhələsinin növbəti oyunları keçirildi. Bakıdakı Tofiq Bəhramov adına Respublika Stadionunda üz-üzə gələn “Qarabağ” və “Ayaks” (Niderland) komandaları arasında qarşılaşma rəqibin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

“Ayaks”ın qollarını oyunun 36-cı dəqiqəsində Kennet Teylor, 74-cü dəqiqəsində Vaut Veqhorst və 76-cı dəqiqəsində isə Çuba Akpom vurublar.

“Qarabağ”ın heyətində 15-ci dəqiqədə Julio Romao və 79-cu dəqiqədə Elvin Cəfərquliyev qırmızı vərəqə alaraq meydandan qovulublar.

Xatırladaq ki, “Qarabağ” Avropa Liqasında növbəti oyununu noyabrın 7-də Norveçdə “Bodo Qlimt”ə qarşı keçirəcək.

Qabil YUSİFOĞLU
XQ





İdman