Tanınmış avarçəkən Azərbaycana səfər edib

post-img

Avarçəkmə üzrə “Pekin-2008” Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, ikiqat Avropa çempionu və dünya ikincisi Dimitrios Mouyios Azərbaycana səfər edib.

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasından (AKAF) verilən məlumata görə, Milli Olimpiya Komitəsinin dəvəti ilə Bakıya gələn yunanıstanlı idmançı səfəri çərçivəsində AKAF-da olub.

Veteran avarçəkən federasiyanın son illərdə gördüyü işlər, keçirilən beynəlxalq yarışlar və qazanılan nəticələrlə tanış olub.







İdman