Formula 1: Ferstappen Azərbaycan Qran-Prisinin ilk sərbəst yürüşündə birinci olub

post-img

Formula 1 Azərbaycan Qran-Prisində birinci sərbəst yürüş baş tutub.

AZƏRTAC xəbər verir ki, yürüşdə hər biri iki pilotdan ibarət 10 komanda mübarizə aparıb.

Gərgin idman mübarizəsi şəraitində keçən yürüşdə “Red Bull”un niderlandlı pilotu Maks Ferstappen birinci olub. “Mercedes”in britaniyalı pilotu Lüis Hamilton ikinci, "Red Bull"un digər sürücüsü meksikalı Serxio Peres üçüncü pillədə yer alıblar.

Bu gün, həmçinin saat 15:00-da Formula 2-də sıralama turu, 17:00-da isə Formula 1-də ikinci sərbəst yürüş başlayacaq.

 

İdman