Parisdə Paralimpiya Oyunlarının bağlanış mərasimində iştirak edənlər Fransa Prezidenti Emmanuel Makronu fitə basıblar.
Bu barədə “CNEWS” telekanalı bildirib.
Tribunada Paralimpiya Komitəsinin rəhbəri Endryu Parsonsun yanında dayanan Makronun şəkli stadionun böyük ekranlarında yayımlanmağa başlayan vaxt ictimaiyyət bənzər reaksiya verib. Qeyd olunur ki, bu mərasimdə çıxış edən Fransa komandası, könüllülər qrupu və Fransanın Olimpiya Oyunlarının Təşkilat Komitəsinin rəhbəri belə fitlərlə və bəyənilməz səs-küylə qarşılanmayıb.
L.QURBANOVA
XQ