“San Marino Cup” yarışında 7 medal

post-img

Azərbaycanın bədii gimnastları San Marino Respublikasının Serravalle şəhərində keçirilən “San Marino Cup” yarışında 7 medal qazanıblar.

Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, iki gün davam edən turnirdə böyüklərdən İlona Zeynalova çoxnövçülükdə, halqa və topda 2-ci, gürz və lentlə hərəkətlərin icrasında 3-cü yeri tutub.

Gənclərdən isə Şəms Ağahüseynova lentlə hərəkətlərdə qızıl, çoxnövçülükdə gümüş mükafata yiyələnib.

L.QURBANOVA
XQ

İdman