Gələn il Azərbaycanda MDB ölkələri arasında kamandan oxatma yarışının keçirilməsi planlaşdırılır. Yarışlar Xankəndi şəhərində təşkil ediləcək.
Bu barədə Azərbaycan Kamandan Oxatma Federasiyasının (AKOF) prezidenti Anar Quliyev kamandan oxatma üzrə Azərbaycan birinciliyi və çempionatının açılış mərasimindən sonra jurnalistlərə müsahibəsində deyib. Federasiya rəhbəri bu idman növünün işğaldan azad olunmuş Qarabağa gəlişinin rəmzi hadisə olduğunu vurğulayıb.
L.SABİRQIZI
XQ