BOK-un idmançımızla bağlı paylaşımı
Beynəlxalq Olimpiya Komitəsi (BOK) Paris Olimpiadasının kamandan oxatma yarışlarında iştirak etmiş Azərbaycan təmsilçisi Yaylagül Ramazanova ilə bağlı maraqlı paylaşım edib.
Paylaşımda qeyd edilir:
– Çempion ürəyi, ananın gücü. Yaylagül Ramazanova “Paris-2024”də limitləri yenidən müəyyənləşdirdi.
Qeyd edək ki, ana olmağa hazırlaşan idmançımızın yarışda iştirakı xarici media nümayəndələri tərəfindən böyük cəsarət və əsl idmançı əzmkarlığı kimi qiymətləndirilib.
L.SABİRQIZI
XQ