Cüdoçularımız Avropa reytinqində liderlər sırasında

post-img

Olimpiya çempionları – dünya reytinqinin lideri Hidayət Heydərov (73 kq) və öz çəkisinin 1-cisi Zelim Kotsoyev (100 kq) Avropa cüdoçularının sıralamasında da liderliklərini möhkəmləndiriblər.  

Avropa reytinqində 7 çəki üzrə cəmi 4 ölkə təmsilçisi yaer alıb. Azərbaycanla yanaşı, Gürcüstan və Fransanın da hərəyə 2 idmançısı zirvədədir. Gürcülər Tato Qriqalaşvili (81 kq) və Laşa Bekauri (90 kq), fransalılar cüdo əfsanəsi Teddi Riner (+100 kq) və Luka Mheidze (60 kq) ilk yerləri tuturlar. 

Moldovalı Denis Vieru (66 kq) da öz çəkisində Avropa reytinqinin ən yüksək pilləsində qərarlaşıb.

XQ

İdman