“Paris-2024”: Azərbaycan güləşçisi yarımfinala vəsiqə qazanıb

post-img

Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov “Paris-2024” Yay Olimpiya Oyunlarında ikinci görüşünü keçirib.

77 kiloqram çəki dərəcəsində çıxış edən idmançı 1/4 finalda macarıstanlı Zoltan Levayla üz-üzə gəlib.

Rəqibinə sonuncu xal prinsipi (1:1) ilə qalib gələn güləşçimiz yarımfinala vəsiqə qazanıb. O, finala gedən yolda qazaxıstanlı Demeu Jadrayevlə qarşılaşacaq.

Qeyd edək ki, hazırda Azərbaycanın aktivində üç medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, boksçu Alfonso Dominqes (92 kiloqram) isə finala vəsiqə qazanmaqla ən azı gümüş mükafatı təmin edib.

İdman