"Paris-2024": Sənan Süleymanov erməni rəqibinə qalib gələrək 1/4 finala yüksəlib

post-img

Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov "Paris-2024" Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

77 kiloqram çəki dərəcəsində çıxış edən idmançı ilk görüşündə Bolqarıstan təmsilçisi Aik Mnatsakanyanla qarşılaşıb.

Rəqibinə 2:0 hesabı ilə qalib gələn S.Süleymanov 1/4 finala vəsiqə qazanıb.

Digər yunan-Roma güləşçimiz Sabah Şəriəti isə bu gün bürünc medal uğrunda görüşdə iranlı dünya çempionu Amin Mirzəzadə ilə qüvvəsini sınayacaq.

Qeyd edək ki, hazırda Azərbaycanın aktivində üç medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, boksçu Alfonso Dominqes (92 kiloqram) isə finala vəsiqə qazanmaqla ən azı gümüş mükafatı təmin edib.

İdman