Azərbaycanın qadın güləşçisi Mariya Stadnik "Paris-2024" Yay Olimpiya Oyunlarında ilk görüşünü keçirib.
50 kiloqram çəki dərəcəsində çıxış edən dördqat olimpiya mükafatçısı 1/8 finalda Almaniya təmsilçisi Anastasiya Blayvası sınağa çəkib.
Rəqibini 6:2 hesabı ilə məğlub edən titullu güləşçimiz 1/4 finala yüksəlib.
Qeyd edək ki, hazırda Azərbaycanın aktivində üç medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, boksçu Alfonso Dominqes (92 kiloqram) isə finala vəsiqə qazanmaqla ən azı gümüş mükafatı təmin edib.