IronWind 113 turnirində ən güclülər müəyyənləşib

post-img

Pirallahı adasında “IronWinD” seriyasından Cənubi Qafqazda növbəti, ən uzun triatlon yarışı - klassik “yarı” IronWind 113 – turniri keçirilib. 

Fərdi, həm də estafet formatında keçirilən yarışda iştirakçılar üzgüçülük üzrə 1,9, velosiped yarışında 90, qaçış mərhələsində isə 21,1 kilometr məsafə qət ediblər. 
Turnirdə Azərbaycanla yanaşı, Qazaxıstan, Özbəkistan, Rusiya, Belarusiya, Böyük Britaniya, BƏƏ, Ukrayna, İrlandiya və Gürcüstandan, ümumilikdə, 200 idmançı mübarizə aparıb. 

Qadınlar arasında hər 3 növün nəticəsinə görə, Rusiya təmsilçisi Valentina Kukruz mütləq qalib elan edilib. Mişel Naql (İtaliya), Sofiya Krevetskaya (Belarus) sonrakı pillələri tutublar. Kişilər arasında da fəxri kürsünün ən yüksək pilləsinə Rusiya təmsilçisi yüksəlib. Denis Vasilyev bütün rəqiblərini geridə qoyub.  Aleksey Vşivtsev (Qazaxıstan) 2-ci, Aleksandr Mordaşov (Ukrayna) 3-cü pillələrdə qərarlaşıblar. 

Yarış Gənclər və İdman Nazirliyi, “Triterra Baku TriathlonClub”un və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilatçılığı ilə keçirilib. 

Leyla QURBANOVA,

Cavid QAÇAYEV (FOTO)

XQ













İdman