Azərbaycanın bədii üzgüçülük üzrə komandası beynəlxalq turnirdə 31 medal qazanıb.
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə keçirilən yarışda idmançılarımız, ümumilikdə 18 qızıl, 12 gümüş, 1 bürünc medala yiyələniblər.
Komandamız BƏƏ, Rusiya, Cənubi Afrika Respublikası, Tayvan, Sinqapur, Tunis və Türkiyənin bədii üzgüçülərinin də mübarizə apardığı beynəlxalq yarışda ən yüksək nəticəni göstəriblər.
Qeyd edək ki, turnirdə 8 ölkədən 15 klub və 200 dən çox idmançı iştirak edib.
L.QURBANOVA XQ