Boksçularımız Olimpiya təsnifat turnirində

post-img

Azərbaycan boksçuları Tailandın paytaxtı Banqkokda keçiriləcək II Dünya Olimpiya Təsnifat turnirində iştirak edəcəklər.

Mayın 24-də start götürəcək turnirdə yığmamız 9 boksçu ilə təmsil olunacaq. Komandamızın heyətində Olimpiya lisenziyası uğrunda Şamil Əsgərov (57 kq), Malik Həsənov (63,5 kq), Sərxan Əliyev (71 kq), Alfonso Dominqes (92 kq), Marjona Savriyeva (50 kq), Zeynəb Rəhimova (54 kq), Məhsəti Həmzəyeva (57 kq), Şəhla Allahverdiyeva (66 kq) və Aynur Rzayeva (75 kq) mübarizə aparacaqlar.

Turnirdə 133 ölkə və Qaçqınlar komandasından 600-dən çox boksçunun iştirakı gözlənilir. Qeyd edək ki, yığmamızın heyətində artıq Nicat Hüseynov (51 kq), Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayev (+92 kq) “Paris-2024”ə lisenziya qazanıblar.

L.QURBANOVA XQ

İdman