Azərbaycan paraatleti Lamiyə Vəliyeva Yaponiyanın Kobe şəhərində keçirilən dünya çempionatının qalibi olub.
İdmançımız o, T13 kateqoriyasında 100 metr məsafəyə qaçış üzrə finişə 11.94 saniyəyə çataraq dünya çempionatının qızıl medalını qazanıb. Bununla da, 22 yaşlı idmançımız üçqat dünya çempionu tituluna sahib olub.
Qeyd edək ki, Lamiyə Vəliyeva ötən il Fransanın paytaxtı Parisdə təşkil edilmiş dünya çempionatında 100 və 400 metr məsafəyə qaçış üzrə qızıl medal qazanıb.
L.QURBANOVA XQ