Formula 1: Bakıdakı yarış üçün marşalların təlimi

post-img

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin nəzdində fəaliyyət göstərən Bakı Marşal Klubu yerli marşalların təliminə başlayıb.

Avropa Oyunları Parkında yerləşən Bakı Marşal Mərkəzində keçirilən təlim nəzəri və praktiki hissələrdən ibarətdir.

Nəzəri hissədə Formula 1 üzrə Azərbaycan Qran-prisinin idarəetmə texnikaları və cari mövsümün yenilikləri marşallara öyrədilir. Praktiki hissədə isə marşallar xüsusi olaraq hazırlanmış simulyasiya trekində öyrəndikləri bacarıqları tətbiq edirlər.

Qeyd edək ki, təlim sentyabrın sentyabrın 13-15-də keçiriləcək Azərbaycan Qran-prisinə hazırlıq mərhələsidir. Yarışda 1470 marşalın iştirakı planlaşdırılır.  

L.QURBANOVA
XQ

İdman