Üzgüçülərimizdən 9 mükafat

post-img

Rusiyanın Kazan şəhərində mayın 3-dən 5-dək keçirilən üzgüçülük üzrə “Rektor Kuboku”nda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) tələbələri 2 qızıl, 4 gümüş, 3 bürünc medal qazanıblar.

Milli komandamızın üzvlərindən Əbdürrəhman Rüstəmov 50 metr və 200 metr batterflayda qızıl, Fatimə Alkərəmova isə 100 metr sərbəst üsulda bürünc medala sahib olublar. Əbdürrəhman Rüstəmov 100 metr batterflay, 200 metr qarışıq, 200 metr sərbəst üsulda gümüş medal alıb. Rəşad Alquliyev 200 metr qarışıq üsulda bürünc, Fatimə Alkərəmova 200 metr sərbəst üsulda gümüş, 200 metr qarışıq üsulda isə bürünc medala layiq görülüblər.

L.QURBANOVA
XQ

İdman