“Prezident Kuboku-2024”: Komandamız növbəti medalını qazanıb

post-img

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş avarçəkmə üzrə “Prezident Kuboku-2024” beynəlxalq reqatasının son günündə komandamız növbəti medalını qazanıb. 

2010-2011-ci il təvəllüdlü idmançıların 200 metr məsafə üzrə yarışında İbrahim Məmmədzadə və Sərhad Fərhadlı iki nəfərlik kayak yarışında bürünc mükafata yiyələniblər. 

Qeyd edək ki, yığmamız turnirin ötən iki günündə 1 qızıl, 1 gümüş və 2 bürünc medal əldə ediblər. Bu gün başa çatacaq yarışda 21 ölkədən idmançılar güclərini sınayırlar. 

 

L.SABİRQIZI XQ

İdman